Nazirlər Kabineti “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nı təsdiq edib.
Qaydaların mətni cümə günü rəsmi mətbuatda dərc olunub.
Bu qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikada fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil edilir.
Qaydalara əsasən, bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir.
Tələbənin həftəlik işinin həcmi 1,5 kreditə bərabərdir.
Qiyabi təhsilalma forması üzrə hər semestrə 24 kredit daxildir.
İxtisasın təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit, magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, iki il olduğu halda isə 120 kredit müəyyənləşdirilir.
Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.
Bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir.
Ali məktəblərdə kredit sistemi ilə təhsil alan tələbələrə kömək etmək məqsədilə akademik məsləhətçi (tyutor) xidmətləri təşkil oluna bilər. Tyutorlar magistr dərəcəsinə malik olan şəxslər arasından seçiləcək. Onlar ali məktəbin rektoru tərəfindən təyin olunacaqlar.
Bu sistem tələbələrə digər ali məktəblərdə, o cümlədən xarici ali məktəblərdə də kredit almaq imkanı yaradır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət