Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandrın rəhbərliyi altında Pravoslav Dini-Mədəniyyət Mərkəzində (PDMM –İF-Az) 2013-cü ilin yekunları və Bakı yeparxiyasının bərpasının 15 illiyinə həsr olunmuş illik iclas keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Arxiyepiskop öz nitqində Moskva və Bütün Rusiyanın patriarxı Kirillin sözlərindən sitat gətirib.
“Azərbaycanda dini icmalar bərabər hüquqlardan istifadə edir. Bununla belə saxta dini ekstremizm təhlükəsi şəraitində ölkənin hüquq sistemi dini təşkilatlara xarici təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğatına əngəl yaradır. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Qafqaz Müsəlmanları İdarəsi, dağ və Avropa yəhudiləri icması, həmçinin katolik icma ilə ənənəvi dostluq münasibətlərinə malikdir. Kilsə və hakimiyyət arasında konstruktiv əməkdaşlıq qurulub. Prezident İlham Əliyevin Bakıda Müqəddəs Jen Mironosets Baş Kafedral kilsəsi yaxınlığındakı ərazinin kilsəyə verilməsi və burada Pravoslav Dini-Mədəniyyət Mərkəzinin binasının inşası bunu sübut edir”, - deyə Aleksandr ata Moskva və Bütün Rusiyanın patriarxı Kirillin sözlərindən sitat gətirib.
Arxiyepiskop vurğulayıb ki, bu gün kilsə tədbirlərini artıq inşa edilmiş binada keçirir.
“Arxiyerey kilsəsi ilə yanaşı, bu ilin 15 noyabr tarixində Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılışı yeparxiya həyatımızda əlamətdar hadisələrdən biri olub”, - deyə o qeyd edib.
Baş yepiskop əlavə edib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin aparılan tikinti işlərinə olan diqqəti Azərbaycanda dinlərarası konstruktiv əməkdaşlığın göstəricisidir.
“A.Paşazadə bir neçə dəfə gəlib, tikintinin gedişi, binanın təchizatı ilə maraqlanıb, dini icmaların digər rəhbərləri ilə Pravoslav Dini-Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev hər il Milad və Pasxa bayramları münasibətilə bizi təbrik edir və Bakı və Azərbaycan Yeparxiyasının, Azərbaycanın pravoslav icmasının fəaliyyətinə qiymət verir.
Arxiyepiskop qeyd edib ki, Azərbaycanda yeddi kilsə fəaliyyət göstərir, onlardan üçü Bakıdadır.
“Rusiya səfirliyinin ərazisində Aleksandr Nevski kilsəsi, həmçinin Pirallahı adasında, Lənkəran, Sabirabad və Saatlıda prixodumuz var”, - deyə Arxiyepiskop vurğulayıb.
Ölkənin regionlarında binaların alınmasına gəlincə, Aleksandr ata bildirib ki, kilsə üçün nəzərdə tutulan binalarla özü gedib tanış olmalıdır.
Din xadimi qeyd edib ki, Azərbaycandakı islah müəssisələrində də ibadət otaqları var. “Koloniyalarda bu cür otağın olmasını bilmək mənə çox xoş oldu”, - deyə o vurğulayıb.
“İbadət fəaliyyətimizə gəlincə, bu günədək 193 ibadət yerinə yetirilib. Yalnız bir xirotoniya icra olunub. Dyakon Vyaçeslav Daşin Gəncə şəhərinə baş keşiş təyin olunub”, - deyə arxiyepiskop vurğulayıb.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət