Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Salyan Ərazi İdarəsi tərəfindən Şirvan şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Bu barədə komitənin məlumatında deyilir.
Araşdırmalar zamanı müəyyən edilib ki, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən 1 saylı “Qızılgül” və H.Əliyev prospektində yerləşən 5 saylı “Bənövşə” körpələr evi-uşaq bağçalarında qidalanma ilə bağlı ümumi vəziyyət AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələblərinə uyğun deyil. Belə ki, müəssisələrdə bir neçə soyuducu olmasına baxmayaraq mal qonşuluğuna əməl olunmur, yeməklərin isti saxlanılması üçün izotermik tutum mövcud deyil, baxçaya verilən içməli su mütəmadi olaraq analiz olunmur , yalnız qaynadılıb uşaqlara verilir. Bundan başqa, yeməklərin bişirilməsində istifadə olunan xammalların uyğunluq sertifikatları, ətin baytralıq sənədi və qabların yuyulmasında istifadə olunan yuyucu vasitələrin sertifikatları yoxlamaya təqdim edilməyib.
Aşkar olunmuş bu və digər nöqsanlarla bağlı bağça rəhbərlərinə iradnamə verilib və müvafiq akt tərtib edilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət