2013-cü ildə Azərbaycanda 43,5 mln. ton neft hasil edilib. Bu barədə SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev şənbə günü ilin yekunlarına həsr olunmuş müşavirədə məlumat verib.
“2013-cü ildə hasil edilən qaz 29,5 mlrd. kubmetrə bərabərdir”,- deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, bu il “Azneft” İstehsalat Birliyi tərəfindən 8,34 mln. ton neft, 7,15 mlrd. kubmetr qaz hasil olunub.
“2013-cü ildə SOCAR şirkətinin qazma idarələri tərəfindən həyata keçirilmiş qazma işlərinin həcmi 138,5 min metr təşkil edib, 62 yeni quyu qazılıb”,- deyə o əlavə edib.
2014-cü ilə dair planlara toxunan şirkət rəhbəri qeyd edib ki, SOCAR Azərbaycanda karbamid zavodunun tikintisinə başlamağı planlaşdırır. “Hazırda müfəssəl layihənin hazırlanması başa çatdırılıb. Zavodun tikintisinə 2014-cü ildə başlanacaq və 33 ay davam edəcək. Buna paralel olaraq biz Gürcüstanda analoji zavodun tikintisi ilə bağlı danışıqlar aparırıq ki, hər iki zavodun tikintisinə eyni vaxtda başlayaq”,- deyə R.Abdullayev söyləyib.
Onun sözlərinə görə, gələn il həmçinin Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, TANAP qaz kəmərinin tikintisi üzrə işlərə başlanılması planlaşdırılır.
Xəbər verildiyi kimi, 2012-ci ildə Azərbaycanda 43,4 mln. ton neft, 26,9 mlrd. kubmetr qaz hasil edilib. Beləliklə, ötən illə müqayisədə 2013-cü ildə Azərbaycanda neft hasilatı 0,2%, qaz hasilatı 9,7% artıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət