Holland Azərbaycan Dostları Cəmiyyətinin (Dutch Friends of Azerbaijan - DufoA) təşəbbüsü ilə Hollandiyada xrizantema gülünün yeni növü yetişdirilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Xrizantema gülünün yeni növü Azərbaycan xalqının şərəfinə “Azəri” adlandırılıb.
Bununla da Niderland Krallığının tarixində ilk dəfə olaraq güllərin ayrıca xalqların şərəfinə adlandırılması ilə bağlı sertifikat verilib.
2013-cü il mayın 10-da Azərbaycanda keçirilən Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və “DufoA” Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıblar.
Holland Azərbaycan Dostları Cəmiyyəti gələcəkdə də dahi yazıçılarmıza, şairlərimizə və tarixi şəhərlərimizin adı ilə adlandırılacaq güllərin dünyada ən çox ziyarətçisi olan Keukenhof parkında əkilməsini planlaşdırır.
Daha iki gül - “Alstrumeriya” adlı tünd qırmızı gül növü məqsədyönlülük simvolu kimi hər bir azərbaycanlının yaralı yeri olan Qarabağın, ağ rəngli gül isə hüzn simvolu kimi Şuşa şəhərinin şərəfinə yetişdirilib. Tünd qırmızı gül qan və atəş təsəvvürünü yaradır. Bu, bir tərəfdən, gözəllik və həyat, digər tərəfdən isə intiqam və müharibəni simvolizə edir. Ağ rəng gül isə matəmi və kədəri ifadə edir.
Holland Azərbaycan Dostları Cəmiyyəti Hollandiyada yetişdirilən yeni gül növünün Azərbaycanın işğal edilmiş ərazilərindən biri olan Xocalının şərəfinə “DufoA” adlandırılması təşəbbüsünü irəli sürüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət