Yanvarın 5-də Bakının mərkəzində baş vermiş qanlı davanın iştirakçıları polis tərəfindən saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Nəsimi rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 21-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Mirzə Niftullayev, Zamiq Quliyev, Naxçıvan şəhər sakini Emil Zeynalov, Bərdə rayon sakini Şamxal Həsənov və İmişli rayon sakini Emin Qasımzadə saxlanılıb.
Araşdırmalar nəticəsində müəyyən olunub ki, yanvarın 5-də yuxarıda adları çəkilən şəxslər Bakıxanov küçəsində baş vermiş dava zamanı paytaxt sakini Elnur Cəfərov və Şabran rayon sakini Amid Ağalarovu bıçaqla yaralayıb, daha sonra E.Zeynalovun idarə etdiyi avtomobilə əyləşərək hadisə yerindən qaçıblar. Kliniki Tibbi Mərkəzə çatdırılan yaralıların həyatını xilas etmək mümkün olub.
Bundan başqa, həmin gün onlar R.Behbudov küçəsində ictimai asayişi kobud şəkildə pozaraq iki paytaxt sakinini döyüblər.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi açılıb, istintaq davam edir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət