Bakı və Azərbaycanın arxiyepiskopu Aleksandr hesab edir ki, Azərbaycanda dini həyat artıq çoxdan məbədlərin hüdudlarından kənara çıxıb və cəmiyyətin məişətinə daxil olub.
“Köhnə il həyatımızda çox vacib iz buraxıb, Azərbaycanda Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzinin açılması 2013-cü ilin mühüm hadisələrindən biri oldu”,- deyə arxiyepiskop Aleksandr Bakı Yeparxiyasının Milad bayramı münasibəti ilə təşkil etdiyi qəbulda çıxışı zamanı bildirib.
“Məsələ bundadır ki, dini həyat ibadət evlərinin, kilsə, sinaqoq və məscidlərin hüdudlarından çox kənara çıxıb. Dini həyat bizi küçələrdə, KİV-lərdə, məişətdə müşayiət edir. Lakin bütün bunları reallaşdırmaq üçün bina, məkan lazımdır. Bu məqsədlə prezident İlham Əliyevin dəstəyi ilə Bakı Yeparxiyasının Pravoslav Dini-Mədəni Mərkəzi tikilib. Biz hamımız göstərdiyi dəstək, anlayış və yardıma görə cənab prezidentə minnətdarıq”, - deyə Aleksandr Ata qeyd edib.
Arxiyepiskopun sözlərinə görə, mərkəzin təntənəli açılış mərasiminin iştirakçıları prezidentin ölkənin dini icmalarının problemlərinə necə hörmətlə yanaşdığının şahidi oldular.
“Dövlət başçısı öz çıxışında dövlət-din əlaqələrindən, dövlətin ölkə xalqlarının dini həyatına münasibətindən danışıb. Bizim üçün bu, çox dəyərlidir, çünki anlayırıq ki, biz üçüncü növ insanlar deyilik, Azərbaycan Respublikasının bərabər hüquqlu vətəndaşlarıyıq”,- deyə o qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət