Azərbaycanda ilk dəfə olaraq Şəkidə İsrail şirkətlərinin layihəsi əsasında hind toyuğu əti istehsal edəcək iri quşçuluq kompleksi yaradılacaq. Bu barədə bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Layihənin təqdimat mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkə əhalisinin keyfiyyətli ərzaq və kənd təsərrüfatı məhsulları ilə təminatının yaxşılaşdırılması, həmçinin yeni iş yerlərinin yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Layihə barədə məlumat verən İsraildən gəlmiş mütəxəssislər qrupunun rəhbəri Elbert Karmi bildirib ki, ildə 5 min 130 ton hind toyuğu əti istehsal edəcək kompleks inqubator, quşçuluq fermaları, kəsim və ilkin emal sexləri, yem fabriki və yardımçı istehsal sahələrindən ibarət olacaq.
Qeyd edilib ki, quşçuluq kompleksində 200 nəfərədək yerli sakin işlə təmin olunacaq.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət