Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanası ilə Özbəkistan Səhiyyə Nazirliyinin Dövlət Tibb Kitabxanası arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Memorandumu Azərbaycan Səhiyyə Nazirliyinin Dövlət Elmi Tibb Kitabxanasının direktoru Yeganə Pirəliyeva və Özbəkistan Tibb Kitabxanasının direktoru Faina Bolkunova imzalayıb.
Sənəd elm mərkəzləri arasında informasiya, kitab, jurnal və elektron resursların mübadiləsini, birgə konfrans, seminar və kursların keçirilməsini, elektron kitabxana və kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsinin aparılmasını, eləcə də hər iki tərəfin uğurları ilə bağlı guşənin yaradılmasını nəzərdə tutur.
Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında mədəniyyət və təhsil sahələrində əməkdaşlıq fəal inkişaf edir.
F.Bolkunova iki ölkə arasında kitabxana sahəsində əlaqələrin inkişafının, azərbaycanlı həmkarlarla təcrübə mübadiləsinin vacibliyini vurğulayıb, o cümlədən tibb sahəsində Azərbaycanın nailiyyətlərinin öyrənilməsinə maraq ifadə edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət