Azərbaycan fevralın 1-də Almatıda MDB ölkələri xalqlarının “Teltuma mədeniyet-2014” (“Özünəməxsus mədəniyyət”) festivalında iştirak edəcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatında bildirilir.
Festivalda 12 ölkə öz mədəniyyətini, tarixini, adət-ənənələrini, xalq sənətlərini nümayiş etdirəcək.
Festivala gələnlər MDB ölkələrinin milli geyimləri, xalq sənəti nümunələri, məişət, bəzək əşyaları və əl işlərini görmək, ənənəvi oyunlarda və mərasimlərdə iştirak etmək, milli yeməklərindən dadmaq və bu ölkələr haqqında maraqlı faktlarla tanış olmaq imkanı əldə edəcəklər.
Tədbirlər eyni zamanda Almatı şəhərinin iki rayonunda keçiriləcək. Festivala gələnlər Azərbaycan və Qırğızıstan mədəniyyəti ilə martın 1-də Alatau rayonunun akimlik binasının qarşısındakı meydanda tanış ola biləcəklər.
2013-cü ilin oktyabr ayında Minskdə MDB Dövlət Başçıları Şurası 2014-cü ildə Almatının MDB-nin mədəniyyət paytaxtı olması barədə qərar qəbul edib.
Qeyd edək ki, “Birliyin mədəniyyət paytaxtları” dövlətlərarası proqramı hər il MDB dövlətlərinin yaradıcı resurslarının Birliyə üzv dövlətlərin “Birliyin mədəniyyət paytaxtı” statusunu almış qeyri-paytaxt şəhərlərində cəmləşməsini, bu zəmində zəngin və rəngarəng mədəni və humanitar tədbirlər palitrasının yaradılmasını nəzərdə tutur. MDB ölkələrinin mədəniyyət ilinin rəsmi açılışı cari il fevral ayının ortalarında olacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət