Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Pensiya+” xidmətinin tətbiqinə başlayıb.
Çərşənbə axşamı DSMF və Azərbaycan Beynəlxalq Bankı (ABB) bu xidmətin təqdimatını keçirib.
DSMF sədri Elman Mehdiyev təqdimat mərasimində qeyd edib ki, hazırda Azərbaycanda dövriyyədə 5,5 mln. plastik kart var ki, bunun 1 mln. 272 mln.-u pensiya kartlarının payına düşür. Hazırda pensiyaçılar kartlardan əsasən şəxsi hesablarından pul çıxarmaq üçün istifadə edirlər.
DSMF eyni zamanda pensiyaçıların özlərinin çoxfunksiyalı kartlarından nağdsız hesablaşma vasitəsi kimi istifadə etmələrində maraqlıdır. Bu məqsədlə “Pensiya+” xidmətinin tətbiqinə başlanılıb.
Bu xidmət çərçivəsində Azərbaycanda pensiyalarını Azərbaycan Beynəlxalq Bankının kartı vasitəsi ilə alan bütün pensiyaçılar hər ay 100 manat məbləğində faizsiz kredit limiti ala biləcəklər. “Bu xidmət pulsuzdur, ondan istifadə edəcək pensiyaçılar heç bir komissiya ödəməyəcəklər. Bununla yanaşı, kredit limiti yalnız bir sıra ticarət müəssisələrində ticarət əməliyyatları zamanı istifadə oluna bilər. Həmçinin pensiyaçı öz pensiyasını tamamilə istifadə edib qurtardıqdan sonra kreditdən istifadə edə bilər”, - deyə E. Mehdiyev bildirib.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev təqdimat mərasimində qeyd edib ki, istifadə edilmiş kreditin məbləği növbəti ayda pensiyaçının pensiyasından tutulacaq. “Bundan sonra kredit limiti yenidən aktiv olacaq”,- deyə o əlavə edib.
E.Mustafayev deyib ki, hazırda "Riyadfarm" apteklər şəbəkəsi, "Araz" və "Makromarket" supermarketlər şəbəkəsi və "Arcelik" mağazalar şəbəkəsindən alış-veriş edən pensiyaçılar bu xidmətdən yararlana bilərlər. Gələcəkdə belə ticarət müəssisələrinin sayı artacaq”, - deyə o vurğulayıb.
E.Mehdiyev bildirib ki, hazırda Azərbaycanda pensiya ödənişlərinin avtomatlaşdırılması 99,9% təmin olunub. Pensiyaların alınması üçün DSMF-in agent banklarının 712 bankomatı quraşdırılıb. Bunlardan 170-i kənd yerləri və qəsəbələrdə yerləşir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət