2013-cü ildə 3 mindən çox işsiz vətəndaş Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Məşğulluq Xidmətindən məlumat verilib.
“Əhalinin məşğulluğunun təmin edilməsi muxtar respublikada aparılan sosial-iqtisadi islahatların əsas tərkib hissəsidir. Bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi əmək bazarının inkişafı və yeni iş yerlərinin açılmasına şərait yaradıb”, - deyə məlumatda bildirilir. Bu xidmətin xətti ilə ötən il 2632 vətəndaş işə düzəlib, əmək birjaları vasitəsilə 398 nəfər müvəqqəti işlərə göndərilib.
Muxtar respublikada vətəndaşların işlə təmin olunmasında əmək yarmarkaları əhəmiyyətli rol oynayır. “2013-cü ildə MR-in hər bir rayonunda, o cümlədən Naxçıvan şəhərində əmək yarmarkaları keçirilib və 1031 nəfər işlə təmin olunub”, - deyə xidmətin nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, bu il ilk əmək yarmarkaları aprel ayında keçiriləcək. İl ərzində Naxçıvan MR-in hər bir rayonunda dörd dəfə əmək yarmarkaları təşkil olunacaq. Bu regionların ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlar mövcud olan vakant yerlər barədə yarmarkalara məlumat verməklə iş axtaran vətəndaşların münasib iş tapmasına imkan yaradacaqlar. Gənclərin müxtəlif peşələrə marağının artırılması üçün xidmət tərəfindən peşə hazırlığı kursları təşkil olunub.
“Ötən il xidmətin xətti ilə 328 nəfər peşə hazırlığını bitirib, 308 nəfər ödənişli ictimai işlərə cəlb olunub”, - deyə xidmət nümayəndəsi qeyd edib. O, həmçinin bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 18 dekabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” əhalinin məşğulluğu sahəsində vəziyyətin bundan sonra daha da yaxşılaşması üçün yeni imkanlar açır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət