Tələbə Qəbulu üzrə Dövlət Komitəsi (TQDK) 2014-cü ildə keçiriləcək imtahanların ilkin plan-qrafikini elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Belə ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə və rezidenturaya ərizə qəbulu 11-20 fevral, magistraturaya qəbul imtahanının 1-ci mərhələsi 2 mart, 2-ci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may-1 iyun, rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi 30 mart, 2-ci mərhələsi 27 iyul, rezidenturaya ixtisaslaşma seçimi 29-31 iyul tarixlərində keçiriləcək.
Bundan başqa, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün sınaq imtahanlarının keçirilməsi 6, 13, 20, 27 aprel, 25 may, 1 iyun; ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 1-30 aprel; rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanının birincisində iştirak etmək istəyənlər üçün ərizə təsdiqinin son günü 25 aprel; rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı 4 may və 3 iyul; əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı II və III qruplar üzrə 11 may; I və IV qruplar üzrə 18 may tarixlərində nəzərdə tutulub.
TQDK, həmçinin buraxılış imtahanlarının tarixini də müəyyən edib. Beləliklə, peşə liseylərində buraxılış imtahanları martda, bütün ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanları iyunda, qabiliyyət imtahanı iyulda, orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu 12 may-12 iyunda; orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına qeydiyyat 19-29 mayda; orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur 2-5 iyulda; 5-ci və 6-cı siniflər üçün monitorinq imtahanları martda, 11-ci sinif üçün aprel-may aylarında keçiriləcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət