Bakı Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan yığma komandasının fiqurlu konkisürmə və dağ-xizək idman növləri üzrə final mərhələsinə çıxacağına ümid edir.
“Yarışların final mərhələsinə çıxmaq Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançılar üçün uğur sayılacaq”, - deyə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Olimpiya Komitəsinin üzvü Raqif Abbasov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Azərbaycanı Soçi Olimpiya Oyunlarında dörd idmançı təmsil edir - fiqurlu konkisürənlər Aleksandr Sitnikov və Yuliya Zlobina cütlüyü, eləcə də dağ xizəkçiləri Patrik Braxner və Qayya Batsani Antivari.
“Aleksandr Sitnikov və Yuliya Zlobina beynəlxalq yarışlarda ölkəmizi ilk dəfə təmsil etmirlər. Onlar Azərbaycanın hüdudlarından kənarda məşq edirlər və Avropa, eləcə də beynəlxalq turnirlərdə çıxış edərək təcrübə qazanıblar. Məhz bu idmançıların daha yaxşı nəticələr göstərmələri və final mərhələsinə keçmələri gözlənilir. Lakin onların kürsüyə çıxmaları barədə danışmaq düzgün olmazdı, çünki onlar nə yaş, nə təcrübə, nə də rəqabət qabiliyyətlərinə görə yüksək yerlərə iddiaçı ola bilməzlər”, - deyə R.Abbasov bildirib.
O, həmçinin dağ xizəkçisi Qayya Batsani Antivarinin yarışların final mərhələsinə keçə biləcəyinə ümid etdiyini deyib.
“Qayyanın beynəlxalq yarışlarda çıxış təcrübəsi var, o, Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edib, lakin final mərhələsinə keçməyib. Onun bu Olimpiya Oyunları zamanı finala çıxması ən yaxşı nəticə hesab olunacaq”,- deyə MOK nümayəndəsi qeyd edib.
Onun sözlərinə görə, iqlim şəraitini və “Azərbaycanda qış idman növlərinin coğrafiyasının Yay Olimpiya Oyunlarının coğrafiyası qədər inkişaf etmədiyini nəzərə alaraq, daha yüksək yerlərə iddia etmək real olmazdı”.
R.Abbasov qeyd edib ki, buna baxmayaraq, Azərbaycanın həm idmançıların say tərkibi, həm də hakimlik üzrə Qış Olimpiya Oyunlarında təmsil olunma səviyyəsinin inkişaf dinamikası müşahidə olunur.
“Birmənalı olaraq, Soçi Olimpiadası Azərbaycan üçün növbəti iştirak təcrübəsi olacaq. Bu, gələcəkdə ölkəmizin qış idman növləri, xüsusilə birnəfərlik fiqurlu konkisürmə, şort-trek və kerlinq üzrə təmsil olunma coğrafiyasının genişləndirilməsinə təkan verəcək”, - deyə o bildirib.
R.Abbasovun sözlərinə görə, bu gün Azərbaycanda dağ-xizək idman infrastrukturu fəal inkişaf edir, üç yeni dağ-xizək idman-turizm obyekti fəaliyyət göstərir, bu isə gələcəkdə gənclərin qış idman növlərinə marağının artmasına və onların kütləviliyinin təmin olunmasına imkan yaradacaq.
“Azərbaycanda dağ-xizək idman növünün inkişafı artıq peşəkar idmançıların hazırlanması məqsədilə daha yüksək ixtisaslı müətəxəssislərin cəlb edilməsinə təkan verəcək. Təbii ki, bu, zaman tələb edir, ilk addım artıq atılıb. Maliyyə-texniki baza yaxşılaşdırılır”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çinqiz Hüseynzadə, komitənin əməkdaşı Könül Nurullayeva, dörd idmançı və iki hakimdən ibarət Azərbaycan nümayəndə heyəti Soçiyə yola düşüb.
“Azərbaycan nümayəndə heyəti Soçidə Olimpiya kəndində olacaq, könüllülərin iş təcrübəsini öyrənəcək. Bütün bunlar 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının keçirilməsi zamanı bizə lazım olacaq”, - deyə R.Abbasov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət