Fevralın 8-də Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi (RİMM) yanında gənclərin “Sozvezdiye” yaradıcılıq klubu Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarının rəsmi tərəfdaşı olan “Makdonalds” şirkəti ilə birgə “Azərbaycanda Soçi Olimpiadasının talismanları” adlı uşaq rəsm müsabiqəsi keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-dən məlumat verilib.
“Makdonalds”ın ənənəvi zalında təşkil edilmiş müsabiqədə 50-dən çox uşaq iştirak edib. Onların hər biri rəsmlərində Soçi talismanlarını – ağ ayı, dovşan, bəbir, şölə və qar dənəciyini təsvir etməyə çalışıb. Bu işdə onlara “Sozvezdiye”nin üzvləri kömək edib.
“Makdonalds” şirkətinin nümayəndəsi Fuad Əfəndiyev uşaqlarla viktorina keçirib. Nəticədə qaliblərə Olimpiya suvenirləri təqdim edilib.
Gənc rəssamlar Münəvvər Muxtarova, Naidə Ağazadə, Nailə Cəbrayılova, Zümrüd Mirzəyeva, Aytən İbrahim və “Makdonalds” şirkətinin nümayəndəsi Natalya Bloxinanın daxil olduğu nüfuzlu münsiflər heyəti ən yaxşı uşaq rəsmlərini müəyyən edib. Müəlliflər və onların valideynləri “Sozvezdiye” klubundan təşəkkür məktubları alıblar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət