Bir gün öncə Bakıda “LUKoil Azərbaycan” QSC-nin yanacaqdoldurma məntəqəsində baş verən partlayışa səbəb, ilkin araşdırmalara görə, təhlükəli işlərin həyata keçirilməsi zamanı texniki təhlükəsizlik qaydalarının pozulması olub. Bu barədə şirkətin mətbuat xidmətinin cümə günü yaydığı məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Bakının Xətai rayonunda yanacaqdoldurma məntəqəsində təmir işləri zamanı neft məhsullarının qapalı mühitdə buxarlanmasından yaranan təhlükəli hava-qaz qarışığının alışmasından partlayış baş verib. Nəticədə, hmin YDM-nin təmir işlərini həyata keçirən podratçı şirkət “Kontekst” ATSC-nin iki əməkdaşı həlak olub.
“LUKoil” şirkəti həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verir.
Bununla yanaşı, Bakı şəhər Prokurorluğunun mətbuat xidmətindən məlumat verilir ki, yanacaqdoldurma məntəqəsində partlayış iki nəfərin ölümü və daha bir fəhlənin yaralanması ilə nəticələnib. Nəticədə, Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsilə cinayət işi başlanıb.
Bir gün öncə Binəqədi rayonu ərazisində yarımçıq tikilinin zirzəmisində baş verən partlayışla bağlı Prokurorluqdan bildirilib ki, ilkin araşdırmalara əsasən, partlayış qaz sızması nəticəsində baş verib. Nəticədə, beş nəfər müxətlif dərəcəli xəsarətlər alıb, avtomobil, yaşayış binası və ticarət obyektlərinə zərər dəyib.
Həmin faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.
Xəsarət alan vətəndaşlar xəstəxanaya yerləşdiriliblər, onlara ilk tibbi yardım göstərilib.
Bundan başqa, Bakı şəhər Prokurorluğu bir gün öncə Biləsuvar şəhərində “KamAZ” markalı yük avtomobilinin qoşqusunun üzərində olan yanacaq çənində baş verən partlayış faktı ilə bağlı məlumat yayıb. Nəticədə iki nəfər həlak olub, daha bir nəfər xəsarət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd olunan işlər üzrə səbəblərin müəyyən edilməsi məqsədilə zəruri ekspertizalar təyin edilib və hazırda istintaq tədbirləri davam etdirilir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət