Azərbaycan Türkiyənin FNSS firmasından "Samur" üzən körpülərinin alınmasına maraq göstərir. Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Müdafiə Sənayesi Nazirlyi Müdafiə Sənayesi Katibliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin müdiri Yakup Taşdelen deyib.
O bildirib ki, hazırda bununla bağlı danışıqlar gedir.
"Bu körpü sistemi hazırda Türkiyə ordusunda istifadə olunur. Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də Türkiyəyə gələrək bu sistemlə maraqlanıblar. Onların verəcəkləri son qərardan asılı olaraq, Türkiyə üzən körpüləri Azərbaycana da sata bilər",- deyə o qeyd edib.
T.Taşdelen qeyd edib ki, Türkiyə Azərbaycanın müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığa hazırdır.
"Hazırda Azərbaycana təklif etdiyimiz bəzi müdafiə sistemlərimiz var. OTOKAR-ın təklif etdiyi zirehli texnikalar, ROKETSAN-ın təklif etdiyi çoxlu raket sistemləri var. ROKETSAN-ın hətta bəzi məhsullarının Azərbaycanda istehsal olunması və Azərbaycan Silahlı Qüvvələrinə verilməsi planlaşdırılır",- deyə o bildirib.
O, bildrib ki, indiyədək Türkiyədən Azərbaycana atış poliqonu sistemləri, eləcə də kamuflyaj-geyim məhsulları verilib, indi isə bu əməkdaşlıq yeni səviyyəyə qaldırılacaq:
"Gələcəkdə ASELSAN-ın taktik müdafiə informasiya sisteminin də Azərbaycana verilməsinə dair danışıqlar gedir. Bu sistem bütün fərqli səviyyələrdəki birliklərin bir-biri ilə xəbərləşməsi və videoəlaqə saxlamağa imkan verir. Bundan əlavə, Azərbaycan TAİ şirkətinin yenicə testlərini bitirdiyi "ATAK" milli helikopterlərinə də maraq göstərir. İnsan-su-hava texnikaları məsələsində də danışıqlar aparılır. Azərbaycanla Türkiyə arasında son yuxarı səviyyəli dialoq toplantısında Azərbaycan tərəfi liman və tərsanə qurulmasını da gündəmə gətirib. Bu məsələdə də Azərbaycana dəstək olmağa hazırıq. Bu tərsanənin təyinatı dəqiqləşdirilməlidir. Burada mülki gəmilərlə yanaşı, hərbi gəmilər də istehsal edilə bilər. Azərbaycan tərəfi Türkiyənin Milli Piyada Tüfəngi (MPT) layihəsinə də maraq göstərir. Azərbaycan tərəfinin piyada tüfənginə ehtiyac olduğunu bilirik. Bununla bağlı Azərbaycan tərəfindən lazım olan məlumatlar təqdim edilib. Hazırda onların dəyərləndirilməsi prosesi gedir. Söhbət Azərbaycanın ehtiyaclarının ödənilməsindən gedir. Lazım gələcəyi təqdirdə onların tam olaraq və ya müəyyən hissələrinin burada istehsalı və ya yoxlama prosesini də təşkil etmək mümkündür",- deyə o bildirb.
Türkiyə rəsmisi əlavə edib ki, hazırda Azərbaycanda silah sistemlərinin alınmasına dair hər hansı danışıqlar aparılmır. Amma o, bunun gələcəkdə mümkün ola biləcəyini istisna etməyib.
Onun sözlərinə görə, sentyabr ayında Bakıda keçiriləcək ADEX beynəlxalq müdafiə sərgisində Türkiyənin 20 şirkəti iştirak edərək öz məhsullarını təqdim edəcək.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət