Azərbaycanın qərb regionunda 10-a yaxın hərbi hissə Gəncə şəhər ərazisindən çıxarılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq 10-a yaxın hərbi hissənin Gəncə şəhər ərazisindən çıxarılacaq”, - deyə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2013-cü ilin yekunlarına həsr olunan hesabat iclasından sonra jurnalistlərə bildirib.
“Bu şəhərin baş planında böyük dəyişikliklərə səbəb olacaq. Yeni şəhərciklərin salınmasıbə gətirib çıxaracaq ki, bu da ümumilikdə şəhərin inkişafına təkan verəcək”, - deyə E.Vəliyev bəyan edib.
Onun sözlərinə görə, əhalinin mənzilə olan tələbatı, sosial təyinatlı obyektlərin tikintisinə səbəb olacaq.
İclas zamanı qeyd edilib ki, ötən ildə Gəncədə ümumdaxili məhsul istehsalı 28% artıb, 743 mln. manat məbləğində məhsul istehsal olunub, sənaye məhsullarının 43%-i xarici bazaralara çıxarılıb. Həmçinin, Gəncədə 1.2 km uzunluğunda bulvarın salınacağı planlaşdırlır.
O həmçinin qeyd edib ki, 2014-cü ildə filarmoniya və İmamzadə kompleksində tikinti işlərinin başa çatdırılması, dram teatr üçün yeni binanın tikintisinə başlanılması, xəstəxana və poliklinikaların açılışı, səkkiz məktəbin təmiri və yenidən qurulması, psixotriya xəstəxanası üçün yerni binanın tikintisi planlaşdırılır. Ümumilikdə 180 layihənin icrası nəzərdə tutulub.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət