Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsi cox cildli “Naxçıvan tarixi” kitabının birinci hissəsini çapdan çıxarıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Birinci cild Naxçıvan tarixinin ən qədim zamanlardan başlayaraq XVII əsrin 40-cı illərinə qədər olan dövrünü əhat edir. 451 səhifəlik kitab 7 bölmədən ibarətdir və qısa müddət ərzində hazırlanıb”,- deyə AMEA-nın yerli bölməsinin mətbuat xidmətindən bildirilib.Həmçinin qeyd edilib ki, kitabda Naxçıvanın qeyd edilən dövrdə siyasi tarixi xronologiyası yaradılıb və 500-dən çox elmi mənbədən istifadə olunub.Biirnci cildə 20-yə yaxın xəritə və muxtar respublikanın ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış mədəni abidələrin , eləcə də 60-dan çox tarixi abidə və məzarların fotoşəkilləri daxil edilib.Kitabın birinci bölümü Naxçıvanın qədim tarixinə- daş dövründən tutmuş son bürünc və erkən dəmir dövrlərinə həsr olunub.Bu bölümdə MR ərazisində ən yeni texnologiyalarla aparılmış arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq qeyd olunur ki, Naxçıvanda ilkin şəhər mədəniyyəti 5 min il əvvəl yaranıb.
İkinci bölümdə Naxçıvan diyarının bizim eradan əvvəl IX və bizim eranın II əsrlərini əhatə edən dövrü işıqlandırılıb.Bu bölümdə diqqət çəkən məqamlardan biri də Naxçıvan ərazisində yerləşən Oğlanqala qalasının bizim eradan əvvəl I mililliyin əvvəlində şəhər dövlətin mərkəzi olması və Urartu dövlətinə qarşı mübarizə aparmasını təsdiqləyən faktların olmasıdır.Oğlnaqala və bütövlükdə Naxçıvan ərazisi heç bir zaman Urartunun tabeliyi altında olmamış və bizim eradan əvvəl IV-III əsrlərdə mövcud olmuş Atropatena dövlətinin tərkibinə daxil olub.
Üçüncü bölüm Naxçıvan əhalisinin mənşəyinə həsr olunub və burda elmi faktların təhlili əsasında göstərilir ki, qədim Naxçıvan torpağında prototürk tayfaları məskunlaşıb ,onlar Azərbaycan xalqının formalaşmasında vacib rol oynayıblar və 8 min illik tarixi dövr ərzində bu torpaqlar protoazərbaycanlıların vətənidir.
Kitabın növbəti bölümləri “Naxçıvan erkən orta əsrlər dövründə”, “Naxçıvan X əsrdə və XII əsrin birinci rübündə”, “XII-XV əsrlərdə Naxçıvan tarixi” , “Naxçıvan Səfəvilər dövləti dövründə” adlanır.
“Naxçıvan tarixi” çoxcildli kitabının hazırlanması Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun 2012-ci il 6 avqust tarixli sərəncamə əsasında həyata keçirilir.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət