SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) şirkətinin 6 bölməsində struktur dəyişikliyi nəticəsində ixtisara düşmüş 6148 nəfər işlə təmin edilib. SOCAR şirkətinin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse- prezidenti Xaliq Məmmədov bazar ertəsi keçirilən mətbuat konfransında belə söyləyib.
“Struktur dəyişikliyi nəticəsində cəmi 7222 nəfər ixtisar olunub.Hazırda ixtisara düşən şəxslərdən 6418 nəfər işə düzəlib, 533 nəfər əmək haqqının 5 misli həcmində kompensasiya ilə öz istəyi əsasında işdən azad edilib. Daha 108 nəfər özləri aşdən azad olaraq SOCAR şirkətinin işdən azad edilimiş əməkdaşlarının işə düzəldilməsi proqramına qoşulub, 163 nəfər proqramda iştirak etməkdən imtina edərək, işdən azad olublar”,- deyə o qeyd edib.
X.Məmmədov bildirib ki, hazırda şirkətdə 3098 vakansiya mövcuddur və şirkət aprel aynın ortalarına qədər proqram çərçivəsində 108 nəfəri işə düzəltmək niyyətindədir.
“SOCAR-ın vakansiyalar üzrə proqnozu pensiya yaşına çatmış şəxslər tərəfindən tutulan yerlər nəzərə alınmaqla 4346 təşkil edir.Bu şirkətdə ixtisara düşmüş qalan işçiləri işlə təmin etməyə bizə imkan verir”,- deyə o bildirb.
O qeyd edib ki, 2014-cü il fevralın 1-nə şirkətin ştatında 60,077 min nəfər çalışır.
Şirkətin məlumatına əsasən, struktur dəyişikliyi Geofizika və Geologiya İdarəsi, Magistral Neft Kəmərləri İdarəsi, Kompleks Qazma İşləri Tresti, Sosial İnkişaf İdarəsi, Qaz İxracı İdarəsi, Neft -Qaz Tikinti Trestində aparılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət