Cümə axşamı Bakı Dövlət Universitetində Avropa Birliyinin Tempus layihəsi çərşivəsində ECONANO qrant layihəsinin təqdimat mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
BDU alimləri, o cümlədən İtaliya, Fransa, Yunanıstandan olna həmkarları ilə birlikdə ümumi dəyəri 655 min qrant layihəsinin qalibi olublar.
Bakı Dövlət Universiteti bu layihənin Azərbaycan tərəfdən koordinatorudur. O cümlədən, layihədə Təhsil Nazirliyi Qafqaz Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və “Azərecolab” özəl şirkəti iştirak edirlər.
Çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd edib ki, rəhbərlik etdiyi tədris müəssisəsində dünya elminin prioritet sahələri üzrə intensiv elmi tədqiqat işləri aparılır.
Universitet alimlərinin apardığı bu işlər dünyanın bir sıra qabaqcıl universitetləri ilə bərabər yerinə yetirilir. Bakı Dövlət Universitetinin alimləri tərəfindən hər il ümumi dəyəri $5-7 mln. olan 80-dan çox layihə həyata keçirilir ki, bunların da 50-dən çoxu Avropa birliyi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi, Beynəlxalq Nəzəri Fizika Elmi Mərkəzi, Amerika Hüquqşünaslar Assosiasiyası, İsveçrə Milli Elm Fondu və digər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən beynəlxalq layihələrdir.
Həyata keçirilən layihələr sırasında nonotexnologiya sahəsindəki layihələr də xüsusi yer tutur. Təkcə son beş ildə Nanotədqiqatlar istiqamətində ümumi dəyəri $5 mln. olan qrant layihələri yerinə yetirilib. Bu layihələr çərçivəsində universitetə ən müasir cihazlar və avadanlıqlar alınıb. Universitet alimlərinin nanotexnologiya istiqamətində 70-dən artıq məqaləsi Tomson Reyter Agentliyinin siyahısına daxil olan jurnallarda dərc edilib. Azərbaycan alimlərinin apardığı tədqiqatların nəticələri dünyanın inkişaf etmiş ölkələrində keçirilən bir sıra beynəlxalq konfrans və simpoziumlarda müzakirə edilib və monoqrafiyalar şəklində nəşr edilib. Akademik A.Məhərrəmov qeyd edib ki, ECONANO çərçivəsində "Nanoekologiya mühəndisliyi ixtisaslaşması" üzrə magistr proqramı hazırlanacaq.
Təqdimat mərasimində həmçinin İtaliyanın La Sapienza Universitetinindən prof. Luca Di Palma, professor Angelio Chianese, Fransanın Parij Universitetindən professor Jean Philippe Passarello, Yunanıstanın Patras Universitetindən Petros G. Koutsoukos, və BDU-dan layihə rəhbəri professor Məmmədəli Ramazanov çıxış ediblər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət