Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində özlərini Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinin və digər dövlət qurumlarının əməkdaşları kimi təqdim etmiş və vətəndaşlardan torpaq sahələri, fərdi yaşayış evlərinə dair sənədlərin hazırlanması və digər xidmətlər müqabilində müxtəlif məbləğlərdə pul tələb etmiş bir sıra şəxslərə qarşı cinayət işi başladılıb.
Qrup üzvləri Bərdə, Şəki, Saatlı, Salyan və digər rayon sakinlərindən torpaq sahələrinin və fərdi yaşayış evlərinə dair mülkiyyət hüququ haqqında qeydiyyat şəhadətnamələrinin verilməsi, fərdi tikinti evlərinin qiymətləndirilməsi, əmlakın qiymətləndirilməsi pasportunun hazırlanması və digər xidmətlər müqabilində müxtəlif məbləğlərdə pul tələb ediblər .
Adıçəkilən cəmiyyətlərin vəzifəli şəxslərinin göstərdikləri xidmət müqabilində pul tələb edib almalarında və bununla da Dövlət Agentliyinin və digər dövlət qurumlarının işgüzar nüfuzuna və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda həmin şəxslər tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət