SOCAR şirkəti (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin yanvar-fevral aylarında Novorossiysk limanından Bakı-Novorossiysk neft kəməri ilə ixrac edilmiş 169,694 min ton neft yola salıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Şirkətin məlumatına görə, 2013-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə nəqlin həcmi 32,6% azalıb.
2014-cü ilin fevral ayında SOCAR Novorossiysk limanından 84,91 min ton Azərbaycan nefti yola salıb.
Xəbər verildiyi kimi, SOCAR 2014-cü ildə Bakı-Novorossiysk boru kəməri ilə hər ay 85 min ton neft ötürməyi planlaşdırır (il ərzində 1 mln. 20 ton – İF-Az).
2014-cü il fevralın 18-də SOCAR və “Transneft”arasında Azərbaycan neftinin Bakı- Novorossiysk kəməri ilə nəqlinə dair qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni müqavilə imzalanıb. Bununla yanaşı, sazişin şərtləri açıqlanmayıb. Saziş 2014-cü ilin sonuna qədər nəzərdə tutulub.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2013-cü ildə Bakı- Novorossiysk kəməri ilə 1 mln. 750,063 min ton, 2014-cü ilin yanvar ayında 84,795 min ton neft ixrac edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət