Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni Bakıda DQİDK və təşkilat arasında fəal əməkdaşlığın davam etdirilməsi istiqamətində konkret layihələr üzrə fikir mübadiləsi aparıblar. Bu barədə cümə axşamı Dövlət Komitəsinin mətbuat xidməti məlumat verib.
İƏT-in baş katibi dünya dövlətlərində, xüsusən də İƏT-ə üzv olan İslam ölkələrində müxtəlif məzhəblər arasında yaranan qarşıdurmalardan, xüsusilə də təkfirçi və ekstremist qüvvələrin fəaliyyətindən danışıb, həm islamofobiya, həm də ekstremist dünyagörüşü ilə birgə mübarizənin önəmini qeyd edib.
Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini vurğulayan baş katib ölkəmizin dini tolerantlıq sahəsindəki təcrübəsinin digər müsəlman dövlətlərində tətbiq edilməsinin vacibliyini bildirib.
İyad bin Amin Mədəni İƏT-ə üzv ölkələrin din siyasəti ilə məşğul olan dövlət qurumlarının rəhbərlərinin Azərbaycanda birgə konfransının təşkil edilməsi təklifini irəli sürüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət