Ukraynada baş verən hadisələr Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması məsələsində dünya birliyinin fəallaşmasına kömək etməlidir. Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko belə hesab edir.
“Düşünürəm ki, Ukrayna nümunəsi dünya birliyini Dağlıq Qarabağ probleminə başqa cür baxmağa vadar edəcək. Bu qanlı münaqişəni danışıqlar yolu və beynəlxalq qüvvələrin iştirakı ilə həll etmək lazımdır, çünki başqa cür mümkün deyil”, - deyə A.Mişenko bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində keçirilən mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, bu gün dünya birliyi heç vaxt olmadığı qədər birləşib.
“Mənə məlumdur ki, Azərbaycanın ictimai rəyində bu gün Qarabağ münaqişəsi kimi məsələlərin həlli üçün beynəlxalq alətlərdən istifadənin mümkünlüyü ilə bağlı bəzi şübhələr var”, - deyə diplomat vurğulayıb.
Səfir qeyd edib ki, Azərbaycan hələ ötən əsrin 90-cı illərində bu gün Ukraynada baş verən analoji hadisələrlə üzləşib.
“Düşünürəm ki, sizə bütün bu məlumatı qavramaq daha asandır. Çünki siz 90-cı ildə bu cür avantüranın şahidi olmusunuz. Biz eyni xətti görürük, yalnız icraçılar dəyişib. Bu təxribat aksiyasının həyata keçirilməsi üsulları isə eynidir. Əfsuslar olsun ki, Moskva Sovet İttifaqında olan ən pis nə var idisə, onu mənimsəyib, bu, məhz həmin misaldır. Çexoslovakiya və Macarıstana kommunist ideologiyasını yaymaq istədikləri 1956 və 1968-ci illərdən bəri heç nə dəyişməyib”, - deyə A.Mişenko bildirib.
Onun sözlərinə görə, “hazırda Ukraynada baş verən hadisələr və 90-cı illərdə Bakıda baş verənlər eyni zəncirin həlqələridir, eyni texnikadır, heç nə dəyişilməyib”.
Səfir qeyd edib ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun bəyanatı ilə Ukrayna hadisələrinə dair mövqeyini dəqiq ifadə edib. Nazir vurğulayıb ki, rəsmi Bakı beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsinə Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.
“Biz Azərbaycan hökumətindən başqa heç nə gözləmirdik”, - deyə A.Mişenko qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət