Gəncədə orta əsrə aid qalanın bərpası nəzərdə tutulur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Artıq bununla əlaqədar layihə də hazırlanır. Tarixi xəritə əsasında həyata keçiriləcək işlər Gəncənin 30 küçəsini əhatə edəcək. Həmin küçələrdə işıqlandırmadan tutmuş bütün elementlər tarixi reallıqları əks etdirəcək”, – deyə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Novruz şənliyində bildirib.
Novruz bayramı münasibəti ilə Gəncədə keçirilən bayram tədbiri Qala kompleksinnin önündən başlayıb və şəhərin mərkəzindəki Cavad xan küçəsində davam etdirilib. Bayram tonqalı yandırılıb, incəsənət təmsilçilərinin, idmançıların çıxışları olub, rəsm sərgisi təşkil edilib.
“Sovet hökuməti dövründə bu bayram yasaq edilsə də, insanlar onu ən müqəddəs bayram kimi qeyd edirdi”, – deyə icra başçısı qeyd edib.
Samux, Naftalan və Goranboyda da Novruz bayramı münasibətilə bayram tədbirləri keçirilib.
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət