Gənclər və idman naziri Azad Rəhimov amerikalı gəncləri 2014-cü ilin oktyabr ayında Bakıda keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum”da iştiraka dəvət edib. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
A.Rəhimov Amerika Birləşmiş Ştatlarına rəsmi səfəri çərçivəsində Kolumbiya Universiteti ilə BMT baş katibinin gənclər üzrə elçisinin ofisinin keçirdiyi "Gənclərin rast gəldiyi marqinalizasiya və qeyri-bərabərlik" (Marginalization and Inequalities Youth Face) mövzusunda konfransda çıxış edib.
Nazir çıxışında tədbir iştirakçılarını Azərbaycanın gənclər siyasəti modeli, onun prioritet və nailiyyətləri ilə tanış edib.
A.Rəhimov cari ilin oktyabr ayında Bakıda keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum" barədə danışaraq, konfrans iştirakçılarını tədbirdə iştiraka dəvət edib.
"Bakıda ilk dəfə olaraq keçiriləcək "Gənclər siyasəti üzrə I Qlobal Forum"da 700 nəfər ekspertin, dövlət, regional və beynəlxalq təşkilatların, eləcə də gənclər təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. Biz sizin hər birinizi forumda görməkdən şad olarıq", - deyə nazir vurğulayıb.
BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehi Bakıda keçiriləcək tədbiri yüksək qiymətləndirib.
"Mən sevinirəm ki, Azərbaycanda gənclərə sərmayə qoyulur. Bu, o deməkdir ki, siz həm öz gələcəyinizə, həm də gənclərin gələcəyinə inanırsınız", - deyə o qeyd edib.
ABŞ-a səfəri çərçivəsində A.Rəhimov "Gənclərin potensialının reallaşdırılması və imkanların yaradılmasında BMT-nin rolu" (The role of UN in realizing the potential and meeting the challenges of empowering youth) adı altında keçirilən paneldə də çıxış edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət