Martın 28-də Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında Azərbaycanın xalq yazıçısı İsmayıl Şıxlının 95 illik yubileyinə həsr olunmuş “Sənətkar və zaman” adlı tədbir keçiriləcək. Bu barədə idarənin məlumatında deyilir.
Tədbirdə Milli Məclisin deputatı, publisist, tərcüməçi Elmira Axundova, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” (“Zerkalo”) qəzetinin baş redaktoru Elçin Şıxlı, professor, filologiya elmləri doktoru Əzizxan Tanrıverdi, “Dəli Kür” filmində Şamxal rolunun ifaçısı, əməkdar incəsənət xadimi Fikrət Əliyev, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi Aydın Kazımzadə, “Azərbaycan” jurnalının baş redaktoru, əməkdar incəsənət xadimi, tənqidçi, tərcüməçi İntiqam Qasımzadə, publisist, nasir, hərbi jurnalist Şəmistan Nəzirli, əməkdar jurnalist Gülbəniz Hüseynova, digər tanınmış elm və sənət adamları iştirak edəcəklər.
İ.Şıxlı 1949-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, sonrakı illərdə isə “Azərbaycan” jurnalının redaktoru, Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub.
İ.Şıxlı "Ayrılan yollar", "Dəli Kür" romanlarının, həmçinin çoxsaylı kinossenarilərin. müəllifidir. Onun üzərində on il işlədiyi "Dəli Kür" romanı Azərbaycan nəsrində dönüş yaradıb və yeni istiqamətin – neorealizmin əsasını qoyub. 1969-cu ildə romanın motivləri əsasında eyniadlı bədii film çəkilib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət