Monako Azərbaycanla əlaqələrin, o cümlədən turizm sahəsində əməkdaşlığın inkişafına maraq göstərir. Bu barədə Monako Turizm və İstirahət İdarəsinin nümayəndəsi Kristof Briko Monako Turizm və Konqreslər üzrə İdarəsinin təqdimatında bəyan edib.
“Monakoya Azərbaycandan çoxlu sayda turist gəlir. Onlar, əsasən, imkanlı şəxslərdir və 5 ulduzlu otellərdə qalırlar”, - deyə o vurğulayıb.
K.Brikonun sözlərinə görə, Monako, həmçinin dünyada məşhur olan bir çox tədbirlərdə iştirak baxımından azərbaycanlı turistlər üçün maraq kəsb edə bilər.
“Bakı və Nitsa arasında birbaşa hava uçuşlarının olmaması turist səyahətlərinin göstəricilərinə nəzərəçarpacaq dərəcədə təsir edir. Söhbət görmək istədiyimiz yeni ölkədən gedəndə birbaşa uçuşların mövcudluğu mühüm amildir. Tez-tez elə olur ki, insanlar rahat çatacaqları istirahət yerləri seçirlər”, - deyə o qeyd edib.
K.Briko vurğulayıb ki, Monako Turizm və İstirahət İdarəsi Azərbaycanın turizm şirkətlərinə yeni təkliflər paketlərinin təqdim edilməsi üzərində çalışır.
“Bizim nümayəndələr yerli turizm agentlikləri ilə fəal əməkdaşlığa başlayıblar. Monako turistlərə sahəsi o qədər də böyük olmayan ərazidə xidmət və əyləncə, o cümlədən əyləncə gecələri, işgüzar və mədəni tədbirlər, günəş, dəniz və ən əsası təhlükəsizlik. təklif edə bilər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, qarşılıqlı faydalı işgüzar əlaqələrin qurulması turizm münasibətlərinin inkişafına kömək edə bilər.
K.Briko vurğulayıb ki, Monakoda hər zaman nə isə yenidən qurulur və inkişaf edir.
“İyun ayında Monakoda yeni yaxt klubun açılışı olacaq. Gələn il, növbəti “Formula-1” yarışından iki həftə əvvəl elektromobillər arasında Qran-pri yarışları keçiriləcək. Hazırda kazinonun sahəsi yenidən qurulur”, - deyə Monako Turizm və İstirahət İdarəsinin nümayəndəsi qeyd edib.
Roud-şou zamanı Monakoda hər il keçirilən və dünya məşhurlarının diqqət mərkəzində olan tədbirlər haqqında videoçarx nümayiş olunub.
Bu cür tədbirlər arasında beynəlxalq sirk festivalı, Monte-Karlo rallisi, bahar incəsənət festivalı, Rolex Tennis Masters tennis turniri, “Formula-1” avtomobil yarışlarının Monako Qran-prisi, konkur üzrə beynəlxalq yarışlar, Monte-Karlo televiziya festivalı, Qırmızı Xaç Balı, yay musiqi festivalı, fişəng festivalı, beynəlxalq yaxta yarışı və yaxt şou, 17 noyabr – Milli Monako Günü, beynəlxalq caz festivalı yer alıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət