Artıq beş ildir ki, Azərbaycan yeni layihə - Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisi üzərində çalışır. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Səmərəli turizm klasetlərinin inkişafı” mövzusuna həsr olunmuş seminarda məlumat verib.
“Bizim cənub iqlimi üçün bu, qeyri-adi haldır, lakin biz bu layihəni uğurla həyata keçiririk”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bununla əlaqədar ölkə üçün xarici təcrübə vacibdir.
“Bu gün bizim üçün mühüm olan istiqamətlərdən biri menecment sahəsində layihədir”, - deyə o vurğulayıb.
Ə.Qarayev bildirib ki, menecment sahəsində bu layihənin reallaşdırılması məqsədilə Litva və Avstriya qrant əldə edərək Azərbaycanda böyük və ciddi iş həyata keçirir.
“Litva və Avstriya nümayəndələri ölkədə turizm sahəsində menecmentə obyektiv qiymət verirlər. Daha sonra onlar bizə tövsiyə və təkliflərini təqdim edəcəklər”, - deyə nazir məlumat verib.
O qeyd edib ki, bu iki istiqamətin inkişafı öz tələblərini diktə edir.
“Azərbaycan prezidenti ilə görüş zamanı o, məndən turizm sektorunun uğurla inkişaf etməsi üçün ilk növbədə nəyin zəruri olduğunu xəbər aldı”, - deyə Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai çıxışında bildirib. Baş katibin sözlərinə görə, o, prezidentə hava uçuşlarının təşkil olunmasını və vizaların verilməsi ilə əlaqədar bütün məsələlərin həll edilməsini tövsiyə edib.
“Səhəri gün o, Nazirlər Kabinetinin toplantısını keçirərək orada həmin məsələləri qaldırdı”, - deyə T.Rifai qeyd edib.
Onun sözlərinə görə, hər il ölkədə turizm sektorunun inkişafına birbaşa təsir edən çoxsaylı beynəlxalq tədbirlər keçirilir. Azərbaycan bu təcrübəni uğurla tətbiq edir.
“Bu gün turist yalnız muzey və ya çimərliyə getməklə kifayətlənmir. Ona yaxşı səviyyədə kompleks istirahət lazımdır. Biz bu gün məhz buna çalışmalıyıq”, - deyə baş katib bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət