2009-2013-cü illərdə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Ukraynada biznesin inkişafına investisiya qoyuluşları $160 mln.-u ötüb. Bu barədə “SOCAR Energy Ukraine” şirkətinin (SOCAR-ın törəmə strukturu) rəsmi saytında məlumat verilir.
“SOCAR-ın Ukraynada sosial və xeyriyyə təşəbbüslərinə qoyduğu vəsaitlərin həcmi $5 mln.-u ötüb”, - deyə məlumatda qeyd edilir.
Ukraynada qeyri-sabit siyasi və iqtisadi vəziyyətə baxmayaraq, SOCAR bu ölkədə biznesinin inkişafını davam etdirmək niyyətindədir.
“SOCAR-ın gələcək planlarında heç bir dəyişiklik yoxdur. Şirkət yeni yanacaqdoldurma məntəqələrinin tikintisini davam etdirəcək və yeni iş yerləri açacaq. Bu ilin payızına qədər şirkət özünün yanacaqdoldurma məntəqələrinin sayının 50% artırmağı planlaşdırır. Yaxın zamanlarda şirkət daha əvvəl Ukraynanın yanacaqdoldurma məntəqələri olmadığı bölgələrində yeni məntəqələr açacaq”, - deyə məlumatda vurğulanır.
“Bizim məqsədimiz Ukraynanın yanacaq bazarında şirkətin mövqelərini möhkəmləndirməkdir. Bu səbəbdən biz həm Ukraynanın paytaxtı, həm də onun regionlarında yanacaqdoldurma komplekslərimizi stabil inkişaf etdirməyə və əhalini keyfiyyətli Avropa neft məhsulları ilə təmin etməyə davam edirik”, - deyə məlumatda “SOCAR Energy Ukraine” şirkətinin baş direktoru Elçin Məmmədova istinadən bildirilir.
Xəbər verildiyi kimi, “SOCAR Energy Ukraine” 2008-ci ildə Ukraynada fəaliyyətə başlayıb. 2009-cu ilin əvvəllərində Ukraynanın pərakəndə yanacaq bazarı ətraflı tədqiq edildikdən sonra “SOCAR Energy Ukraine” ölkə ərazisində YDM şəbəkəsinin yaradılması və inkişafına dair qərar qəbul edib. 2014-cü ilədək Ukraynada “SOCAR” brendi altında 40-a yaxın YDM fəaliyyət göstərib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət