Çərşənbə axşamı Bakıda Milli Məclisin deputatı Sevinc Fətəliyevanın təşəbbüsü ilə Avropa Şurasının “One in five” (Hər beş uşaqdan biri) kampaniyası çərçivəsində uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş tədbir keçirilib.
“Uşaqlar bizim və ölkəmizin gələcəyidir, indi onlara necə dəyər versək, onları necə tərbiyə etsək, yetişməkdə olan gənc nəsil və Azərbaycan cəmiyyəti bir neçə il sonra elə olacaq”,- deyə S.Fətəliyeva bildirib.
Deputatın sözlərinə görə, bu gün valideynlər övladlarının tərbiyəsinə böyük diqqət yetirməlidirlər.
“Müasir dünya uşaqların tərbiyəsi məsələsində bizə müxtəlif baxış və yanaşmalar təklif edir, axı uşaqlarımızın necə yetişməsi çox aktual mövzudur. Bu gün yetişməkdə olan nəsil ölkəmizin sabahıdır və Azərbaycanın gələcək cəmiyyətinin necə olacağı bizdən asılıdır”, - deyə o qeyd edib.
S.Fətəliyeva söyləyib ki, karyera ilə məşğul olan valideynlər uşaqları diqqətdən kənarda saxlamamalıdırlar.
“Biz uşaqlarımızın idealının kim olması ilə maraqlanmalı və onları düzgün istiqamətləndirməliyik. Biz xalqımıza və mütərəqqi bəşəriyyətə məxsus dəyərləri yetişməkdə olan nəsilə aşılamalıyıq”, - deyə S.Fətəliyeva qeyd edib.
Sonra almaniyalı ailə və uşaq psixoloqu Qalina Hanselman valideynlər üçün müsbət tərbiyə mövzusunda mühazirə oxuyub.
Avropa Şurasının “One in five” kampaniyası uşaqlara qarşı seksual zorakılıqla mübarizəyə yönəlib.
Araşdırmalara əsasən, Avropada uşaqların 20%-ə qədəri seksual zorakılığın qurbanıdır.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət