Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Babək rayonunun Qahab və Nehrəm kənd orta məktəbləri şagirdlərinin iştirakı ilə açıq dərs keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Şagirdlərə muxtar respublikanın yaranma tarixi, keçdiyi inkişaf yolu haqda ətraflı məlumat verilib. Qeyd olunub ki, ötən əsrin 20-ci illərində qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşüb.
Qədim diyarın muxtariyyət statusu məsələsində görkəmli diplomat Behbud ağa Şahtaxtinskinin prinsipial mövqeyi, məsələ ilə bağlı Moskvada apardığı danışıqlar, 1921-ci il martın 1-də V.İ.Leninə göndərdiyi məktub, nəhayət, Rusiyanın Naxçıvan məsələsinə münasibətini müsbət istiqamətdə dəyişməsinə səbəb olub. Nəticədə Naxçıvanın muxtariyyət statusu RSFSR ilə Türkiyə arasında imzalanan Moskva müqaviləsində təsbit edilib. Elə həmin il oktyabrın 13-də RSFSR ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirilib. Həmin müqavilələrlə Rusiya, Türkiyə və Cənubi Qafqaz respublikaları Naxçıvana Azərbaycanın tərkibində muxtar qurum kimi tanınan beynəlxalq hüquqi təminat veriblər.
Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm amil olub.
Sonra şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət