Azərbaycan Xəzər dənizində hərbi fəaliyyəti bərabər şərtlərlə həyata keçirməyə çağırır.
“Xəzər dənizində hərbi qüvvələrin mövcudluğu və hərbi fəaliyyət bütün sahilyanı ölkələr üçün bərabər təhlükəsizlik şəraitinin təmin edilməsi prinsipinə əsaslanmalıdır”, – deyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə axşamı Moskvada Xəzəryanı ölkələrin xarici işlər
nazirlərinin konfransında bəyan edib.
“Bu, region dövlətləri arasında qarşılıqlı etimadın möhkəmlənməsinə və Xəzər dənizinin dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonasına çevrilməsinə xidmət edə bilər”, - deyə nazir əlavə edib.
Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin keçirilməsindən artıq 4 il ötür. Nazirin sözlərinə görə, bununla əlaqədar “əməkdaşlığın gələcək istiqamətlərinin müəyyən edilməsi məqsədilə yüksək səviyyədə görüşlərin təşkilinə zərurət yaranıb”.
Nazirin qeyd etdiyi kimi, payızda Həştərxanda keçirilməsi nəzərdə tutulan Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin gündəliyinin hazırlanması və yekun sənədlərinin qəbulu Xəzər probleminin başlıca prinsiplərinin razılaşdırılması üzrə əhəmiyyətli irəliləyişə imkan verəcək və Xəzəryanı ölkələrin əməkdaşlığı üçün mövcud bazanı möhkəmləndirəcək.
“Bununla əlaqədar xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun fəal işini, o cümlədən dövlət başçılarının Həştərxan sammitinin yekun sənədinin razılaşdırılması üzrə səyləri xüsusi qeyd etmək istərdim”, - deyə o vurğulayıb.
E.Məmmədyarov çıxışı zamanı Xəzəryanı ölkələr üçün Xəzər dənizindən digər dənizlərə və Dünya okeanına sərbəst tranzitin əhəmiyyətini qeyd edib.
Azərbaycanlı nazir Xəzər dənizinin dibi ilə boru kəmərlərinin çəkilməsi ilə bağlı məsələlərin beynəlxalq dəniz hüququ normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həllinə ümid etdiyini bildirib.
“Ümid edirik ki, ticarət gəmiçiliyi rejimi, gəmilərin digər ölkələrin ərazi zonalarından sərbəst keçməsi, Xəzər dənizinin dibi ilə kabel və boru kəmərlərinin çəkilməsi, o cümlədən dənizdə elmi tədqiqatların aparılması ilə bağlı bütün məsələlər beynəlxalq dəniz hüququ normalarına uyğun olaraq danışıqlar prosesi çərçivəsində həll olunacaq”, - deyə o vurğulayıb.
E.Məmmədyarov tərəflər arasında, xüsusilə regional sabitlik, Xəzərdə təhlükəsizlik, iqtisadi və elmi-tədqiqat fəaliyyəti məsələlərində qarşılıqlı etimadin vacibliyini qeyd edib.
Nazirin sözlərinə görə, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji ehtiyatlarının mənimsənilməsi və beynəlxalq bazarlara nəqli üzrə investisiya iqliminin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, yüksək gəlirli və ekoloji təmiz texnologiyaların cəlb olunması məsələləri sahilyanı ölkələr üçün prioritet olaraq qalır.
“Azərbaycan Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı sahilyanı ölkələrin narahatlığını və Xəzər dənizinin ekoloji problemlərinin həlli məqsədilə əməkdaşlığın genişləndirilməsinə dair maraqlarını bölüşürük. Xəzər dənizinin ətraf mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası və onun protokolları çərçivəsində görülmüş işləri yüksək qiymətləndiririk. Tərəflərdən birincisi kimi 2015-ci ilin yanvar ayında katibliyi qəbul edəcək Azərbaycan onun gələcək uğurlu işi üçün bütün lazımi şəraiti yaratmağa hazırdır”, - deyə E.Məmmədyarov bəyan edib.
Nazirin sözlərinə görə, region ölkələrinin investisiya iqliminin yaxşılaşdırılması, enerji ehtiyatlarının hasilatı, etibarlı və təhlükəsiz kommunikasiyaların yaradılması, habelə Xəzər dənizi regionunda təhlükəsizlik və sabitliyin təminatında maraqlı olmaları Xəzəryanı ölkələrdən bütün açıq qalan məsələlərdə anlaşmanın əldə edilməsi üçün əlavə səylər tələb edir.
“Bununla yanaşı, əminik ki, beynəlxalq təcrübənin tətbiqi ilə başlanğıc xətlərlə bağlı məsələdəki konsensus ümumi anlaşmaların əldə edilməsinə xidmət edəcək”, - deyə Azərbaycanın XİN başçısı bildirib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət