İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri biznes forumunun keçirilməsini təklif edir. Bu barədə nazirliyin məlumatında deyilir.
Ş.Mustafayev bu təklifi Bakıda Dubay Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş zamanı irəli sürüb.
Nazir Azərbaycan hökuməti və Birləşmiş Ərəb Əmirlikləri hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası çərçivəsində biznes forumun keçirilməsini təklif edib.
Görüşdə Ş.Mustafayev Azərbaycanda möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını qeyd edib.
Dubay Ticarət və Sənaye Palatasının sədr müavini Hişam Al Şiravi hər il Dubayda çoxlu sayda sərgi və müxtəlif tədbirlərin keçirildiyini bildirib. Onun fikrincə, Azərbaycan iş adamları belə tədbirlərdə iştirak etməklə yeni biznes əlaqələri qura, eləcə də Yaxın Şərq bazarına çıxa bilərlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət