ABŞ prezidenti Barak Obama çərşənbə axşamı Çinin hakim dairələrini qonşu dövlətlərlə ərazi mübahisələrini güc yolu ilə həll etməkdən çəkinməyə çağırıb.
“Biz əminik ki, ölkələr və xalqların sülh və təhlükəsizlik şəraitində yaşamaq, suverenlik və ərazi bütövlüyünü qorumaq hüququ var”, - deyə B.Obama çərşənbə axşamı Manilada Amerika və Filippin hərbçilərinə müraciətində bildirib.
“Biz əminik ki, mübahisələr təhdid və güc yolu ilə deyil, sülh yolu ilə həll olunmalıdır”, - deyə B.Obama qeyd edib və Asiya qitəsində Filippin də daxil olmaqla Çinlə ABŞ-ın müttəfiqləri arasında ziddiyyətlərin olduğunu xatırladıb.
B.Obama Filippinə qarşı təcavüz baş verərsə, ABŞ-ın 1951-ci ildə imzalanmış qarşılıqlı hərbi yardım sazişi əsasında bu ölkəyə dəstək göstərəcəyini bir daha bəyan edib.
Bununla yanaşı, Qərb KİV-ləri yazır ki, prezident Cənubi Çin dənizində Çinlə mübahisəli ərazilərlə bağlı münaqişə yaranacağı təqdirdə ABŞ-ın Filippinə dəstək göstərməsi məsələsinə toxunmayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət