Azərbaycanın regionlarında aşkar edilən pozuntular nəticəsində bir neçə orta məktəbin direktorları vəzifələrindən azad edilib. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov cümə axşamı mətbuat konfransında məlumat verib.
“Təhsil Nazirliyi tərəfindən respublikanın regionlarında keçirilən monitorinqlər zamanı orta məktəb və rayon təhsil şöbələrinin fəaliyyətində pozuntu faktları aşkar edilib”, - deyə C.Valehov qeyd edib.
Onun sözlərinə görə, monitorinqlər nəticəsində Siyəzən rayon təhsil şöbəsinin rəhbərliyinə ciddi töhmət verilib, Tərtər və Laçın rayonlarında iki məktəbin direktorları işdən azad olunublar.
“Nazirlik mütəmadi olaraq bu cür monitorinqlər keçirir və pozuntulara yol verənlər cəzalandırılacaq”, - deyə nazirliyin nümayəndəsi bildirib.
O, həmçinin əlavə edib ki, növbəti tədris ilindən etibarən Azərbaycanın məktəblərində beşinci sinifdən başlayaraq xüsusi dərs vəsaitlərindən istifadə olunmaqla fakultativ şəkildə “Qarabağın tarixi” fənni tətbiq olunacaq.
“Onu da demək istəyirəm ki, yeni tədris ilindən başlayaraq Təhsil Nazirliyi bir sıra QHT ilə əməkdaşlıqda məktəb yaşına çatmamış uşaqların təhsilə hazırlığına dair xüsusi layihə reallaşdıracaq”, - deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət