Ümummilli lider Heydər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikasının (MR) Babək rayonunda yeni uşaq bağçası istifadəyə verilib.
“Ölkəmizdə uşaqların təhsilinə, onların yararlı vətəndaş kimi böyümələrinə hərtərəfli qayğı göstərilir. Babək qəsəbəsində yeni uşaq bağçasının istifadəyə verilməsi də bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsidir”, - deyə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov uşaq bağçasının açılış mərasimində çxış edərkən bildirib.
O qeyd edib ki, bu gün muxtar respublikada 17 uşaq bağçası fəaliyyət göstərir. Onlardan 16-sı tam müasir bina ilə təmin olunub. 1 uşaq bağçasının binasında isə tikinti işləri aparılır.
“Babək qəsəbəsindəki uşaq bağçasında yaradılan şərait gələcəyimiz olan uşaqların məktəbəqədərki təhsilinin və onların təlim-tərbiyəsinin düzgün təşkilinə imkan verəcək. Həmçinin bağçanın istifadəyə verilməsi ilə 50-dən artıq yeni iş yeri açılıb. Bu isə məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə V.Talıbov qeyd edib.
4 mərtəbədən ibarət olan uşaq bağçası 242 yerlikdir. Burada yataq və soyunub-geyinmə otaqları, oyun zalları, tədbirlər və valideyn üçün gözləmə otaqları var. Həmçinin binada yeməkxana, bufet, metodist və tibb otaqları, dərzi emalatxanası, anbar və camaşırxana istifadəyə verilib. Bağçada 3 körpə qrupu, 8 böyükyaşlı qrup olmaqla, ümumilikdə 11 qrup fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi ilə 22 tərbiyəçi-müəllim məşğul olur.
Həmin gün V.Talıbov Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Şirkəti üçün alınıb gətirilmiş yeni texnikalara baxıb.
Məlumat verilib ki, yeni gətirilən 12 tonluq kran inzibati və yaşayış binalarının tikintisi zamanı istifadə olunacaq. “JAC” markalı 2 ədəd yük avtomobilinin hər biri 14 kub yük götürmə gücünə malikdir. 2 ekskavator, 1 qreyder və 1 vərdənə isə muxtar respublikada yol infrastrukturunun yenidən qurulması və müasir yolların çəkilməsi işlərində istifadə olunacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət