Azərbaycanın idman tarixində ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə qolbol turniri keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində qeyd edilib ki, Azərbaycanda paralimpiya hərəkatının inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir. Naxçıvan MR-də məhdud fiziki imkanlara malik insanların cəmiyyətə inteqrasiyası, onların idmana marağının artırılması və istedadlı idmançıların aşkarlanması üçün ardıcıl tədbirlər həyata keçirilir.
Daha sonra oyunlara start verilib.
Turnirdə Bakı və Urmiya (İran) şəhərlərinin komandaları, Azərbaycan Milli Paralimpiya Komitəsinin milli qolbol komandası və Naxçıvan MR-in komandası iştirak edib.
Komandalar arasında mübarizə şəraitində keçən görüşlərin nəticələrinə əsasən, birinci yeri Azərbaycanın milli qolbol komandası, ikinci yeri iranlı idmançılar, üçüncü yeri isə Naxçıvan MR-in komandası tutub. Yarışın qaliblərinə kubok, bütün iştirakçılara isə diplom və medallar təqdim edilib.
Qolbol gözdən əlillər üçün nəzərdə tutulmuş idman oyunudur. Oyunda 3 nəfərdən ibarət komanda zəng quraşdırılmış topu rəqib komandanın qapısından keçirməlidir. Qolbol 1946-cı ildə II Dünya müharibəsində gözdən əlil olan şəxslərin reabilitasiyası məqsədi ilə yaradılıb və Paralimpiya oyunlarının proqramına daxildir.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət