Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Hava Nəqliyyatında Gömrük İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsi mərasimində iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Gömrük orqanlarında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün müvafiq ixtisaslı kadrlar seçilərək işə qəbul edilir, bu sahədə çalışanlar üçün hərtərəfli xidmət şəraiti yaradılır”, - deyə V.Talıbov çıxışında bildirib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Hava Nəqliyyatında Gömrük İdarəsi beynəlxalq reyslər üzrə hava yolu ilə gömrük sərhədindən keçirilən mallara gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirir.
“Yeni istifadəyə verilən inzibati binada idarənin və sərhəd nəzarəti məntəqəsinin əməkdaşları üçün lazımi xidmət şəraiti yaradılıb. Bu da gömrük və sərhəd xidməti əməkdaşları qarşısında mühüm vəzifələr qoyur. Kollektiv öz işini dövriyyəsi və satışı qadağan olan malların muxtar respublikaya gətirilməsi və satışının qarşısının alınması, daxili bazarın qorunması və qanunvericiliklə nəzərdə tutulan digər vəzifələrin icrası istiqamətində qurmalıdır”, - deyə Ali Məclisin sədri qeyd edib. Onun sözlərinə görə, bu zaman milli mentalitetimizə və etik davranış qaydalarına əməl edilməli, vətəndaşların hüquq və vəzifələri qorunmalıdır. V.Talıbov idarənin və sərhəd nəzarəti məntəqəsi əməkdaşlarının qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirəcəklərinə əminliyini bildirib.
Dörd mərtəbədən ibarət olan binada rəsmiləşdirmə zalı, növbətçi hissə, vətəndaşların müraciətlərinə baxılmasının təşkili üçün xüsusi otaq və ayrıca girişi olan sərhəd nəzarəti məntəqəsi üçün xidməti otaqlar var. Rəsmiləşdirmə prosesi “bir pəncərə” prinsipinə uyğun qurulacaq. Rəsmiləşdirmə zalında Azərbaycan, ingilis və rus dillərində informasiya köşkü qurulub, elektron növbə sistemi yaradılıb. Bu da gömrük bəyannamələrinin elektron formada tərtibinə və gömrük qanunvericiliyi haqqında lazımı məlumatlarla tanış olmağa imkan verəcək. Sərhəd nəzarəti məntəqəsində səyyar laboratoriya avadanlıqları və sənədlərdəki çatışmazlıqları aşkar edən texniki vasitələr qoyulub. Binada, həmçinin xidməti otaqlar, server otağı, üçüncü mərtəbədə isə 80 yerlik iclas zalı, tədris, arxiv və görüş otaqları yerləşir.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət