Naxçıvan Muxtar Respublikasında 11 nəfər Azərbaycan vətən müharibəsi iştirakçısına, 7 nəfər 1941-1945-ci illər müharibəsi veteranına, müharibə əlillərinə bərabər tutulan 1 nəfərə və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə “NAZ-Lifan-320” markalı minik avtomobilləri təqdim edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
“Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımıza, sağlamlıq imkanları məhdud şəxslərə göstərilən dövlət qayğısının artmasına səbəb olub”, - deyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov avtomobillərin açarlarının təqdim olunması mərasimində bildirib. O vurğulayıb ki, ölkə prezidenti İlham Əliyevin 2014-cü il 30 aprel tarixli müvafiq sərəncamlarına əsasən, Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilib, Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyadan olan şəxslərin təqaüdləri artırılıb.
“Naxçıvan Muxtar Respublikasında bu sahədə mühüm tədbirlər həyata keçirilir. Dövlət tərəfindən bu təbəqədən olan insanlar fərdi evlər və minik avtomobilləri ilə təmin edilirlər. Son illər muxtar respublikada sosial qayğıya ehtiyacı olan 200-ə yaxın sakinə mənzillər verilib, müvafiq kateqoriyadan olan insanlar minik avtomobilləri ilə təmin edilib. Eyni zamanda onların müalicələri təşkil olunub, sanatoriya və kurortlara göndərişlər verilib”, - deyə Ali Məclisin sədri qeyd edib. Onun sözlərinə görə, avtomobillərin təqdim olunmasının Heydər Əliyevin 91-ci ildönümü ərəfəsində keçirilməsi mühüm əhəmiyyət daşıyır.
“Hər bir şəxs vətənimizi ümummilli lider qədər sevməli, dahi şəxsiyyətin müəyyənləşdirdiyi yolla gedərək ölkəmizin inkişafına öz töhfəsini verməlidir”, - deyə V.Talıbov vurğulayıb.
Sonra Ali Məclisin sədri veteranlara avtomobillərin açarlarını təqdim edib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət