2015-ci ildə Bakıda I Avropa Olimpiya Oyunları yüksək səviyyədə keçiriləcək. Bu barədə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin yeni icraçı direktoru Saymon Kleq cümə axşamı Bakı Olimpiya kəndində keçirilən mətbuat konfransında bildirib.
“Adətən Olimpiya oyunlarını qəbul edən ölkəyə böyük idman yarışlarına hazırlaşmaq üçün 7 il vaxt verilir. Lakin Bakıya bunun üçün cəmi 30 ay vaxt ayrılıb”, - S.Kleq vurğulayıb.
Onun sözlərinə görə, 2015-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışlar Olimpiya yox, Avropa Oyunlarıdır, buna görə də oyunlara hazırlaşmaq üçün 30 ay vaxt verilib.
“Bununla belə hələ ki, bu formatlı yarışların keçirilməsi təcrübəsi yoxdur. Tamamilə əminəm ki, bu oyunlar ən yüksək səviyyədə keçiriləcək, çünki Bakıda yarışların keçirilməsi üçün peşəkar komanda yaradılıb”, - deyə S.Kleq qeyd edib.
O, həmçinin deyib ki, təşkilat prosesi uğurla başa çatacaq, üstəlik Azərbaycan prezidenti İlham Əliyev Avropa oyunlarına hərtərəfli dəstək göstərir.
O, Avropa Oyunlarına hazırlıq məqəsdi ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Birinci Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində keçiriləcək. Oyunların keçirilməsinə 400 gün qalır. Yarış 19 idman növünü əhatə edəcək. Bunlardan 16-sı Olimpiya idman növü olacaq.
9 idman növü üzrə yarışlar 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaq. Bunlar kamandan oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon idman növləridir.
Yarışlarda 49 ölkədən 6 mindən çox idmançı iştirak edəcək. Yarışları 1 milyona yaxın tamaşaçının izləyəcəyi gözlənilir.
Avropa Oyunlarında 239 dəst medal uğrunda mübarizə aparılacaq.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət