Dünyanın tanınmış avtomobil şirkətləri Azərbaycan bazarına böyük maraq göstərir. Bu barədə “İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov VIII Bakı Beynəlxalq Motor Şou (BİMS-2014) və I Xəzər Beynəlxalq Katerlər və Yaxtalar sərgisinin (CİBS-2014) açılışına həsr olunmuş mətbuat konfransında bildirib.
“VII Bakı Beynəlxalq Motor Şou üç il əvvəl keçirilib. Bu fasilə 2008-ci ildə başlamış iqtisadi böhranla əlaqədar idi. Böhrana görə dünyanın aparıcı avtomobil şirkətləri öz marketinq planlarına yenidən baxmalı olublar”,- deyə o qeyd edib.
F.Məmmədovun sözlərinə görə, hazırda dünyanın avtomobil bazarlarında yenidən canlanma müşahidə olunur.
“Avtomobil şirkətləri öz marketinq büdcələrini tədricən artırır və biz yenidən BİMS-2014 təşkil etməyə qərar verdik”,- deyə o vurğulayıb.
“Iteca Caspian” şirkətinin icraçı direktoru qeyd edib ki, BİMS-2014-də dünyanın 14 ölkəsindən 85 şirkətin avtomobil və motosikletləri nümayiş etdiriləcək.
“Xəzər regionunda ilk dəfə Bakıda I Xəzər Beynəlxalq Katerlər və Yaxtalar sərgisi təşkil olunub. Sərgidə həm yerli, həm də xarici, o cümlədən Almaniya, Polşa, Türkiyə və Rusiya şirkətləri təmsil olunacaqlar”, - deyə BİMS və CİBS sərgilərinin meneceri Elnur Rzazadə bildirib.
VIII Bakı Beynəlxalq Motor Şou və I Xəzər Beynəlxalq Katerlər və Yaxtalar sərgisi mayın 15-dən 17-nə qədər Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgi avtomobil texnikası və komplektləşdirici hissələrinin məşhur brendlərinin yerli və xarici istehsalçılarını, distribyutorlarını və dilerlərini bir araya gətirib.
BİMS-2014 sərgisində dünyanın 14 ölkəsindən 85 şirkət, o cümlədən Almaniya, Çin, Polşa, Rusiya, Türkiyə və digər ölkələrin şirkətləri iştirak edir. Sərgi sahəsinin 55%-ni Azərbaycan şirkətləri tutur.
Avtomobil həvəskarlarının və sahə peşəkarlarının diqqətinə üç böyük sektor təqdim olunacaq: minik avtomobilləri və motorlu nəqliyyat növləri, kommersiya nəqliyyatı və avtomobillər üçün ehtiyat hissələri və ləvazimatlar.
Sərgi iştirakçıları arasında minik avtomobillərinin istehsalı sahəsində “Toyota”, “Lexus”, “Suzuki”, “Volvo” və s. bu kimi dünya səviyyəli istehsalçılar var.
Motosiklet dilerləri isə “Aprilla”, “Suzuki”, “Harley Davidson”, “Vespa”, “Bike-Lift”, “Yamaha” və digər modelləri təqdim edirlər.
Kommersiya nəqliyyatı sahəsindən müxtəlif şirkətlərin istehsalı olan yedək avtomobilləri, özüboşaldan yük avtomobilləri, müxtəlif növ məhsulların daşınması üçün yarımqoşqular nümayiş etdiriləcək.
CİBS-14 sərgisində motorlu su texnikasının və su hövzələrində fəal istirahət üçün lazım olan əlavə məhsulların geniş çeşidini dünyanın 14 ölkəsindən 44 şirkət nümayiş etdirəcək. Sərgi ziyarətçilərini Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, İtaliya, Hollandiya, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, İsveç və Yaponiyadan yaxta biznesinin aparıcı şirkətləri ilə görüş gözləyir.
Yaxtalar, katerlər və onlar üçün ehtiyat hissələri ilə yanaşı, hava ilə doldurulmuş motorlu qayıqlar və skuterlər də nümayiş etdiriləcək.
R.Babayev.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət