Aprel ayında dövlət sərhədinin pozulması ilə bağlı 29 fakt qeydə alınıb və bununla əlaqədar 36 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidməti məlumat verir.
Saxlanılan şəxslərin 20 nəfəri Azərbaycan , 8 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Moldova, 1 nəfəri Gürcüstan vətəndaşı olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 12 halda 25 nəfər, Xəzər dənizində 63 halda 81 nəfər saxlanılıb.
Ötən ay Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 219 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 59 kiloqram 827 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Aprel ayının 6-da Astara sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Lənkəran rayon sakini Həmidov Zöhrab Rəhmət oğlunun bədənində gizlədərək ölkəmizə gətirmək istədiyi 104 qram tiryək aşkar olunaraq götürülüb.
Aprel ayının 12-də Füzuli rayonunun Əhmədalılar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İrandan Azərbaycana 2 kiloqram 800 qram tiryək keçirmək cəhdinin qarşısı alınıb.
Aprelin 15-də Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınıb. Zastavanın xidməti ərazisində İran İslam Respublikası tərəfindən 3 nəfər naməlum şəxsin şübhəli hərəkətləri müşahidə olunub. Həmin əraziyə baxış keçirilərkən 5 bağlamada 22,9 kiloqram həşiş, 14 kiloqram tiryək, 9,2 kiloqram heroin, 8,7 kiloqram marixuana, 300 millilitrlik metadon məhlulu aşkar edilərək götürülüb.
Aprelin 22-də “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən İran İslam Respublikası vətəndaşı Cəfər Əli Pur Cəmşid Cəfərin idarə etdiyi “Peykan” markalı 15B973-10 dövlət qeydiyyat nömrəli avtomobilin yanacaq çənindən 50 min ədəd “Promidol” adlı həb aşkarlanıb.
Ay ərzində 52 halda ümumi dəyəri təqribən 981 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik silah, 1 ədəd beşbarmaq, 14 ədəd zinət əşyası, 1 kiloqram gümüş məmulatı, 11 ədəd mobil telefon, 51 ədəd mobil telefon aksessuarı, 1550 qutu siqaret, 10 baş iribuynuzlu mal-qara, 728 ədəd müxtəlif dərman preparatı, ərzaq və sənaye mallarının sərhədlərimizdən keçirilməsinin qarşısı alınıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət