Naxçıvan Muxtar Respublikasında Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, ailə dəyərləri hər zaman xalqımızın milli düşüncəsində ən yüksək yer tutub. Buna görə də uzaq keçmişdən ölkəmizdə ailənin qurulmasına mühüm hadisə kimi yanaşılıb, onun təməlinin möhkəm olmasına çalışılıb. Ötən əsrin 70-ci illərindən başlayaraq xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən ailə dəyərlərinin də daxil olduğu milli dəyərlərimizin qorunub-yaşadılması diqqət mərkəzində saxlanılıb. Müstəqilliyimizin bərpasından sonra isə ölkəmizdə ailə problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib, müvafiq qanunvericilik bazası yaradılıb. Bu gün muxtar respublikada dövlət ailə siyasəti uğurla həyata keçirilir. Hazırda MR-də 92 min 631 ailə yaşayır və bütün kateqoriyadan olan ailələr hərtərəfli diqqət və qayğı ilə əhatə olunublar. Ailələrin sosial rifahının yaxşılaşdırılması üçün müxtəlif meyarlar üzrə müavinətlər, ünvanlı sosial yardımlar təyin olunur. Gənc ailələrin mənzilə olan ehtiyaclarını təmin etmək üçün yeni yaşayış binaları tikilir, ailələrin yubileyləri qeyd edilir.
Tədbirdə iştirak edən ailələrin nümayəndələrinə hədiyyələr paylanılıb. Sonra orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda yazı və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir yerli incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.
Q.Hüseynova
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət