“Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı” Tvinninq layihəsi başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Çərşənbə günü Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı layihənin tamamlanmasına həsr olunmuş tədbirdə çıxışında bildirib ki, layihənin əsas uğuru komitənin qiymətli kağızlar bazarında tənzimləmə bacarıqları və keyfiyyətinin artırılmasıdır.
“Bazar dinamik inkişaf edir. Əgər 2013-cü ildə Bakı Fond Birjasında 9 mlrd. manat məbləğində əməliyyat həyata keçirilibsə, 2014-cü ilin yanvar-aprel aylarında onların həcmi artıq 4 mlrd. manat təşkil edib. Bu cür inkişaf zamanı meydana gələ biləcək risklərə qarşı durmaq üçün tənzimləmə bacarıqlarını təkmilləşdirmək lazımdır”, - deyə R.Aslanlı söyləyib.
R.Aslanlı Azərbaycanın qiymətli kağızlar bazarının dünya bazarına inteqrasiyası üçün zəruri hüquqi bazanın yaradılmasını layihənin ikinci mühüm uğuru hesab edir.
Layihə sayəsində qazanılan üçüncü uğur QKDK-nın qiymətli kağızlar bazarının Avropa tənzimləyiciləri ilə sıx əməkdaşlığıdır.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mardın sözlərinə görə, layihənin əsas nailiyyəti Azərbaycan və Avropa İttifaqı mütəxəssisləri arasında fikir mübadiləsi olub. “Avropa İttifaqı Azərbaycanın ən iri investorları və ticarət tərəfdaşlarından biridir. Bu, Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına öz töhfəsini verə bilər”, - deyə M.Mard bildirib.
“Azərbaycan Respublikasının qiymətli kağızlar bazarı üzrə qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin institusional inkişafı” Tvinninq layihəsinin təqdimatı 2012-ci ilin noyabr ayında keçirilib. Layihə Polşanın Maliyyə Nəzarəti Agentliyi tərəfindən reallaşdırılıb. Aİ layihənin maliyyələşdirilməsi üçün 1 milyon avro məbləğində vəsait ayırıb.
Layihə 3 komponentdən ibarət olub. Birinci komponent çərçivəsində qanunvericilik üzrə təhlil və məsləhətləşmələrin aparılması nəzərdə tutulub, bundan sonra Aİ və Azərbaycanın qanunvericilik bazası arasında fərqlər müəyyən ediləcək. İkinci komponent QKDK əməkdaşları üçün müxtəlif tövsiyə və qaydaların hazırlanmasını, seminar və treninqlərin keçirilməsini, üçüncü komponent investorların biliklərinin artırılmasını və idarəetmənin yaxşılaşdırılmasını nəzərdə tutur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət