“Qəbələ Kuboku-2014” üçüncü beynəlxalq futbol turnirinin rəsmi açılış mərasimi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
15 yaşadək futbolçular arasında keçirilən turniri “Qəbələ” İdman Klubu təşkil edib.
Qəbələ şəhər stadionunda keçirilən tədbirdə klubun vitse-prezidenti Fariz Nəcəfov ölkədə idmanın bütün sahələrinə, o cümlədən futbola göstərilən dövlət qayğısından, qazanılan uğurlardan danışıb.
O, “Azərbaycanda 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın müddəalarından irəli gələn vəzifələrin uğurla icra edildiyini bildirərək, perspektivli futbolçuların aşkar edilməsi, uşaq futbolunun inkişafı məqsədilə görülən işləri yüksək qiymətləndirib.
F.Nəcəfov deyib ki, futbolun inkişafı üçün klubların da üzərinə böyük məsuliyyət düşür və uşaq futbolu bu sahənin inkişafı üçün böyük amildir.
“Biz uşaq futboluna diqqət göstərərək, Azərbaycanda futbol akademiyası yaradan ilk klub olmuşuq. Artıq üçüncü ildir ki, 15 yaşadək futbolçular arasında turnir təşkil edirik”,- deyə F.Nəcəfov vurğulayıb.
O bildirib ki, 15 yaşadək futbolçular bu turnirdə öz güclərini sınayaraq təcrübələrini bölüşəcəklər.
“Mənim ən böyük arzum odur ki, bu uşaqlar nə vaxtsa adlı-sanlı futbolçular olsunlar”,- deyə klubun vitse-prezidenti söyləyib və bu turniri hər kəs üçün bayram adlandırıb.
Sonra turnirin ən maraqlı oyunlarından sayılan “Qəbələ”- “Fənərbaxça” qarşılaşması başlayıb. Oyun 2:0 hesabı ilə “Fənərbaxça” komandasının xeyrinə başa çatıb.
Eyni vaxtda yarışın II turunun daha bir oyunu olub. “Rapid” (Avstriya) –“Neftçi” oyunu 2:1 hesabı ilə başa çatıb.
Turnirin proqramına əsasən, mayın 29-da səhər saatlarında 4 oyun keçirilib: “Qəbələ” (Azərbaycan) – “Udineze” (İtaliya) - 1:0, “Fənərbaxça” (Türkiyə) – “Liverpul” (İngiltərə) - 1:0, “Rapid” (Avstriya) – “Anderlext” (Belçika) - 1:3, “Neftçi” (Azərbaycan) – “Lokomotiv” (Rusiya) - 0:2.
Mayın 30-da III turun oyunları, iyunun 1-də isə yarımfinal və final oyunları olacaq.
İ.Əhmədov
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət