May ayında Təhsil Nazirliyinin “Qaynar xəttinə” şikayət xarakterli 39 müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Telefon Məlumat Mərkəzinə 4222 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çox), Kommutator Xidmətinə isə 5400-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində 4471 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş 5956 müraciət (müraciətlərin əksəriyyəti sorğu xarakterli olub) dərhal cavablandırılıb. Vətəndaşların şikayət xarakterli 39 müraciəti isə xüsusi proqram vasitəsilə qeydiyyata alınıb və araşdırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə yönləndirilib. Onlardan 12 müraciət tam araşdırılıb və nəticəsi barədə vətəndaşlara cavab verilib.
Qeyd edək ki, şikayət xarakterli müraciətlərin 31-i ümumtəhsil məktəblərinin, o cümlədən 13 müraciət paytaxtdakı məktəblərin fəaliyyəti ilə bağlı olub.
Daxil olan müraciətlərdə daha çox təhsil sənədlərinin alınması, diplomların tanınması üçün tələb olunan sənədlərin siyahısı, ali təhsil və ümumi təhsillə bağlı məsələlər əksini tapıb.
A. Zeydullayeva
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət