SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ ) 2015-ci ildə öz yataqlarından 8,5 mln. ton neft hasil etməyi planlaşdırır. Bu barədə şirkətin neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov cümə axşamı Bakıda “Caspian Oil & Gas” konfransında məlumat verib.
“2014-cü ildə şirkət öz yataqlarında 130, 2015-ci ildə 119 yeni quyu qazmağı planlaşdırır. Bunun üçün “Günəşli” yatağının dayazsulu hissəsində 2, “Neft Daşları”nda 9, “Qərbi Abşeron” yatağında 3 dəniz özülü tikiləcək. Qazılmış quyuların sutkalıq debitindən asılı olaraq 20-dən artıq horizontal quyunun qazılması da planlaşdırılır”, - deyə R.Qurbanov bildirib.
Onun sözlərinə görə, şirkət, həmçinin yeni texnika və texnologiyaların fəal tətbiqini planlaşdırır. Xüsusilə quruda yeni texnologiyaların tətbiq edilməsi ilə maili quyuların qazılması, quyuların təmiri üçün yeni avadanlığın alınması, neft hasilatı üçün yeni avadanlığın tətbiqi və neft hasilatının artırılması məqsədi ilə kimyəvi reagentlərin tətbiqi nəzərdə tutlur.
“Bu işlərin həyata keçirilməsi nəticəsində SOCAR-ın neft hasilatı 2014-cü ildə 8,4 mln. ton, 2015-ci ildə isə 8,5 mln. ton təşkil edəcək”, - deyə vitse-prezident qeyd edib.
R.Qurbanov vurğulayıb ki, bütün bu işlər şirkətin 2013-2015-ci illərdə mövcud yataqlardan neft-qaz hasilatının artırılması üzrə tədbirlər planı əsasında həyata keçirilir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət