Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə əlaqədar mərasim keçirilib. Bu barədə bazar ertəsi nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyev və digər əlaqədar təşkilatların nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları DSXX-nin su nəqliyyat vasitələri, müasir xilasetmə texnika və avadanlığı ilə tanış olublar. Məlumat verilib ki, sularda xilasetmə işlərinin daha keyfiyyətli aparılması məqsədilə kadrlar hazırlanıb, xilasetmə məntəqələri üçün inzibati binalar tikilib. Xidmət tərəfindən rəsmi çimərliklərdə xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı lövhələr quraşdırılıb, broşürlər paylanılıb.
Nazirliyin məlumatında deyilir ki, DSXX-nin 400-dən artıq şəxsi heyəti və 200-ə yaxın texnika və avadanlığı var. Son illər ərzində FHN-in xilasedicilərinin fəaliyyət göstərdikləri rəsmi çimərliklərdə suda boğulma hadisəsi baş verməyib. 2005-2014-cü illərdə çimərlik və qeyri-çimərlik ərazilərində suda batmaq təhlükəsi ilə üzləşmiş 3349 nəfər vətəndaş Xidmətin xilasediciləri tərəfindən xilas olunub.
Fuad Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət